Okt
2022
10:48
18
300
7604
Virtual karabakh

Bakı metrosunda eskalator dayandı: Xəsarət alanlar var - VİDEO

4 Okt, 2022
10:48
7604

Bakı metrosunda eskalator dayandı: Xəsarət alanlar var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. 

Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə məlumatlıdırlar:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri