Okt
2022
11:43
9
167
1456
Virtual karabakh

Bakıda mağazalarda iki nəfərin pulqabıları oğurlanıb

4 Okt, 2022
11:43
1456

Bakıda mağazalarda iki nəfərin pulqabıları oğurlanıb

Bakıda mağazada qadın satıcının pulqabısını oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri