Okt
2022
13:12
78
18
1008
Virtual karabakh

VIII Bakı Beynəlxalq Kitab Sərgisində 200-dən çox yeni kitab təqdim olunacaq

4 Okt, 2022
13:12
1008

VIII Bakı Beynəlxalq Kitab Sərgisində 200-dən çox yeni kitab təqdim olunacaq

Sabah “Bakı Ekspo Mərkəzi”ndə öz işinə başlayacaq VIII Bakı Beynəlxalq Kitab Sərgisində ümumilikdə 109 nəşriyyatın iştirakı gözlənilir, 200-dən çox yeni kitabın təqdimatı olacaq.

“Report” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Maarifli oktyabrın 4-də keçirilən mətbuat konfransında bildirib.

O, builki sərginin Şuşa ilinə həsr olunduğunu deyərək tədbirdə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyatın dəvət edildiyini söyləyib:

“Qonaqlar arasında İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi tanınmış simalar var”.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək sərgi oktyabrın 9-dək davam edəcək sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq. Məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkədə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri