Okt
2022
16:56
246
22
5048
Virtual karabakh

Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlanıb - YENİLƏNİB

4 Okt, 2022
16:56
5048

Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Gədəbəy rayonu Arıqıran kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb, məktəb direktorunun izahatı alınıb.

İzahat əsasında məlum olub ki, həmin gün məktəbin yuxarı sinif şagirdləri, bir neçə müəllimi və məktəbin direktoru kəndin şəhidinin anım günü tədbirində olublar.

Məktəb Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, gələcəkdə bu cür halların yaşanmaması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.

14:07

Ötən gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəblərdə şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. 

Arıqıran kənd tam orta məktəbində 1-ci növbənin dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə direktor və müəllimlərin əksəriyyəti olmayıb.

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Məsələ barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, sözügedən məktəbdə şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalar aparılır:

“Məktəb direktorunun izahatı alınıb. Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri