Okt
2022
14:22
35
431
4050
Virtual karabakh

Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus iki milyonluq əmlak üzərindən həbs götürülüb

4 Okt, 2022
14:22
4050

Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus iki milyonluq əmlak üzərindən həbs götürülüb

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlak üzərindən həbs götürülüb.

APA həmin əmlakların siyahısını təqdim edir:

- Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak;

- Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzili;

- Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzili;

- Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak.

Həbsdən azad olunmuş əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilir.

İttihama görə, Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən Mövlam Şıxəliyev və ailə üzvlərinə məxsus üzərinə həbs qoyulmuş əmlakların əksəriyyəti müsadirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri