Okt
2022
14:16
270
12
3101
Virtual karabakh

Dilənmək üçün Azərbaycana qanunsuz keçmək istəyən yeddi azyaşlı saxlanıldı

4 Okt, 2022
14:16
3101

Dilənmək üçün Azərbaycana qanunsuz keçmək istəyən yeddi azyaşlı saxlanıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən yeddi azyaşlı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.

Belə ki, oktyabrın 3-də saat 03:30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri