Okt
2022
14:53
74
31
846
Virtual karabakh

Sabah kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayacaq

4 Okt, 2022
14:53
846

Sabah kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayacaq

5 oktyabr saat 12-də tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 10 oktyabr saat 23:59-da yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri