Okt
2022
22:25
116
37
3974
Virtual karabakh

Bakının bahalı ərazisində yerinə yetirilməyən vədlərin davası - VİDEO

4 Okt, 2022
22:25
3974

Bakının bahalı ərazisində yerinə yetirilməyən vədlərin davası - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən MTK-lardan biri ilə sakinlər arasında problem yaranıb.

Şikayətçilərin sözlərinə görə, mənzil alarkən MTK rəhbərliyi onlara bütün sakinləri yerlə təmin edəcək qaraj olacağını vəd edib. Lakin bu vəd yerinə yetirilməyib.

Sakinlər binada kommunal ödənişlərlə bağlı problemə görə liftin kart sisteminə keçirilməyindən də narazıdırlar.

Sakinlərin şikayəti ilə bağlı bildirilib ki, qarajlar MTK-nın şəxsi mülkiyyətindədir və həmin qarajlar Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradılsa belə, sakinlərin mülkiyyətinə keçmir.

“Liftlərin kartla işləməsi isə həmin binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır”, - deyə MTK-dan bildirilib.

Qeyd edək ki, çəkilişdən sonra sakinlərin lift problemi həll olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri