Okt
2022
21:27
44
180
3052
Virtual karabakh

Orxan Fikrətoğlu Putin, Paşinyan, molla rejimi və ən böyük problemlərimiz barədə... - VİDEO

4 Okt, 2022
21:27
3052

Orxan Fikrətoğlu Putin, Paşinyan, molla rejimi və ən böyük problemlərimiz barədə... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Populyar yazıçı, jurnalist, ssenarist Orxan Fikrətoğlu “Danışaq” podkastının qonağı olub.

Layihənin müəllifi, tanınmış jurnalist Həmid Həmidovla söhbəti zamanı o, ölkəmizdə və dünyada cərəyan edən son hadisə və proseslər barədə fikirlərini izləyicilərlə bölüşüb.

“Biz postsovet ölkəsiyik və ola bilsin ki, Rusiyanın hədəflərindən biriyik....Artıq Putin bütün kartları açır və bir növ ağ duel əlcəklərini atır. İndi top Qərbdə, ABŞ və NATO-dadır”, - deyə O.Fikrətoğlu bildirib.

O, Nikol Paşinyanı “Azəbaycana ən böyük hədiyyə” adlandırıb. Jurnalist İranda hakimiyyətin gələcəyilə də bağlı öz proqnozlarını verib.

O.Fikrətoğlu ölkəmizin aktual problemlərinə də toxunub. O, cahillik, nadanlıq, özünü tanımamaq və başqasından üstün bilmək, dövlət əvəzinə daha çox özünə və ailəsinə xidmət etməyi Azərbaycanın ən böyük problemləri adlandırıb.

Qeyd edək ki, O. Fikrətoğlunun digər məsələlərə dair şərhləri ilə daha ətraflı podkastın “YouTube” səhifəsindəki yeni buraxılışında tanış ola bilərsiniz:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri