Okt
2022
20:41
69
650
17879
Virtual karabakh

Zorla ərə verildiyi iddia edilən yeniyetmənin nişanlısı DANIŞDI: “40 yaşım yoxdur” - YENİLƏNİB + VİDEO

5 Okt, 2022
20:41
17879

Zorla ərə verildiyi iddia edilən yeniyetmənin nişanlısı DANIŞDI: “40 yaşım yoxdur” - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda 40 yaşlı kişiyə ərə verildiyi iddia edilən 16 yaşlı qızın atası danışıb.

Baku TV-yə açıqlama verən qızın atası Rauf Orucov bildirib ki, xəstələri olduğu üçün nişan edib, toy olmayıb.

Qızın babası Zakir Orucov yeniyetmənin hazıda evdə olduğunu və vaxtı-vaxtında məktəbə getdiyini qeyd edib.

Yeniyetmənin nişanlandığı bəy Təbriz Cəfərovda mövzu ilə bağlı açıqlama verib:

“Mənim 40 yaşım yoxdur, 26 yaşım var. Anam ağır xəstə olduğu üçün məcbur nişan etməli olduq”.

Qaraağac kənd tam orta məktəbinin direktoru bildirilib ki, yeniyetmə ötən il ümumiyyətlə məktəbə gəlməyib. Doqquzuncu sinifdən 10-cu sinifə keçmək üçün imtahanlarda iştirak etməyən yeniyetmə avtomatik olaraq məktəbdən xaric edilib.

Daha ətraflı süjetdə:

12:44

Polis Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi iddiası ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

Fakt polis tərəfindən nəzarətə götürülüb.

09:57

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini 16 yaşlı Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri