Okt
2022
16:44
211
27
4046
Virtual karabakh

Dünya Bankı Azərbaycana gələn ukraynalı qaçqınların sayını açıqlayıb

5 Okt, 2022
16:44
4046

Dünya Bankı Azərbaycana gələn ukraynalı qaçqınların sayını açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə başlayandan Ukraynadan Cənubi Qafqaz ölkələrinə miqrasiya edən qaçqınların sayı 31 159 nəfər olub.

“APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Məlumata görə, bu ilin sentyabrın 13-nə kimi Cənubi Qafqaz ölkələri arasında ən çox ukraynalı qaçqın qəbul edən ölkə Gürcüstan olub - 26 031 nəfər. Azərbaycana üz tutan ukraynalıların sayı 4 639, Ermənistana köç edənlərin sayı isə 489 nəfər təşkil edib.

Bu dövrdə Dünya Bankının qeydə aldığı ukraynalı qaçqınların sayı ümumilikdə 7 milyon 333 min 721 nəfər təşkil edib. Ukraynalı qaçqınların ən çox üz tutduğu ölkələr Polşa (1,379,470), Almaniya (1 003 029 nəfər) və Çexiya (431 462 nəfər) olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri