Okt
2022
00:34
7
133
1584
Virtual karabakh

İmişlidə minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanlar var

6 Okt, 2022
00:34
1584

İmişlidə minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Əliyev Fuad Əlimərdan oğlu və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alişan Vidadi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri