Okt
2022
17:42
154
441
10259
Virtual karabakh

Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır – YENİLƏNİB + FOTO/VİDEO

6 Okt, 2022
17:42
10259

Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılır – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq.

“Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaqlar”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırıb.

12:35

“Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq”, - deyə qurum bəyan edib.

10:06

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri Bakı Dəmiryolu Vağzalında qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.

Oxu.Az xəbər verir ki, Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.

Qeyd edək ki, son dövrdə həmçinin Sumqayıt-Pirşağı-Bakı qatarında da sıxlıq müşahidə olunur. 

08:56

Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.

“Report” xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarı ilə gələn sərnişinin Bakı Dəmiryolu Vağzalında dili qatlanıb.

Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.

Dəmiryolu Vağzalında həkim tapılmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək sərnişinə digər sərnişinlər və polislər yardım göstəriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri