Okt
2022
10:14
167
28
1999
Virtual karabakh

Azad edilmiş əraziyə keçmək istəyən şəxslər TUTULDULAR

6 Okt, 2022
10:14
1999

Azad edilmiş əraziyə keçmək istəyən şəxslər TUTULDULAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxslər saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon sakinləri Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.

Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri