6 
Okt
2022
11:43
162
17
2109
yuxarı
Zəngilanın inkişafı üçün üç amil - Prezidentin xüsusi nümayəndəsi açıqladı - VİDEO
6 Okt, 2022
11:43
2109
162
17
Zəngilanın inkişafı üçün üç amil - Prezidentin xüsusi nümayəndəsi açıqladı - VİDEO
“Zəngilanın təbii resursları da işğal müddətində məhv edilib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Şəhərsalma Forumunun panel müzakirələrində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Zəngilanın baş planı yaşıl şəhər və ağıllı şəhər konsepsiyalarına əsaslanır.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Zəngilandakı inkişafın üç istiqaməti logistika, turizm və kənd təsərrüfatı - müəyyən edilib. “Zəngilan gələcəkdə, ekoloji cəhətdən təmiz, müasir və davamlı yaşıl şəhər olacaq”, - deyə o əlavə edib.
Aqşin Kərimov