Okt
2022
14:30
52
375
5176
Virtual karabakh

Azərbaycanlı əsgər ukraynalı yoldaşlarını xilas etmək üçün özünü partladıb - VİDEO

6 Okt, 2022
14:30
5176

Azərbaycanlı əsgər ukraynalı yoldaşlarını xilas etmək üçün özünü partladıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xerson istiqamətində əks-hücumu nəticəsində azərbaycanlı kiçik leytenant Nahid İbişov həlak olub. Bu gün Dneprdə onun dəfn mərasimi baş tutacaq.

Jurnalist Ukraynanın müdafiəsində azərbaycanlıların rolundan da danışıb.

“Əsirlikdən azad olunan “Azovstal” müdafiəçilərindən biri ilə söhbət zamanı o bildirdi ki, “Azov” batalyonunda xeyli azərbaycanlı döyüşürdü. Hətta onlardan biri döyüşdə ukraynalı yoldaşlarını xilas etmək üçün özünü partladıb. Nəticədə hücuma keçən diversiya qrupu da onunla birlikdə həlak olub”, - M.Aslanov qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri