Okt
2022
16:55
244
17
4133
Virtual karabakh

Paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyanlar saxlanıldılar - FOTO/VİDEO

6 Okt, 2022
16:55
4133

Paytaxtın fasiləsiz enerji ilə təchizatını ciddi təhlükə altına qoyanlar saxlanıldılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən yüksək gərginlikli strateji əhəmiyyətli hava xətlərinin metal dayaqları müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Abşeron rayonu ərazisində baş verən oğurluq paytaxtın enerji təminatını təhlükə altına atıb.

Hadisə ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bahadur Zahidov və qardaşı Əfrail saxlanılaraq istintaqa təqdim ediliblər. Bu şəxslər elektrik dirəklərinin hissələrini oğurlayaraq Binəqədi rayonunda yerləşən metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq olduqlarını bilə-bilə həmin metal hissələri alan məntəqə sahibləri Murad Bəhramov və qardaşı Sülhəddin də saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Bu şəxslərə məxsus obyektə baxış zamanı oğurlanan elektrik dirəklərinin metal hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.​

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri