Okt
2022
17:26
137
30
1456
Virtual karabakh

Xalq yazıçısı Anar barəsində yazılan tənqidləri kitab formasında çap edəcək

6 Okt, 2022
17:26
1456

Xalq yazıçısı Anar barəsində yazılan tənqidləri kitab formasında çap edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yaradıcılığa başladığı ilk dövrdən indiyədək barəsində yazılan mənfi və müsbət fikirləri toplayaraq kitab şəkilində çap etdirəcək.

“Report” xəbər verir ki, bunu o, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Anar - gəncliyin arzusu” adlı tədbirdə tələbələrin suallarını cavablandırarkən deyib.

O bildirib ki, “Zamanlarla üz-üzə” əsəri vasitəsi ilə oxuculara yazıçıların hansı yollardan, çətinliklərdən keçdiyini çatdıracaq.

Yazıçı həmçinin vurğulayıb ki, ailəsi ilə bağlı xatirələrin yer aldığı “Keçən keçdi, olan oldu” adlı kitab yazıb:

“Kitabda bu vaxta kimi yazılmayan yeni məlumatlar olacaq. Artıq hazırdır. Güman edirəm ki, bir-iki aya oxucuların ixtiyarına veriləcək. Gələcəkdə ailə üzvlərimlə bağlı əsər də yazmaq istəyirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri