Okt
2022
16:28
58
45
2011
Virtual karabakh

“Bakı Metropoliteni” sentyabr ayı ərzində daşıdığı sərnişinlərin sayını açıqladı

7 Okt, 2022
16:28
2011

“Bakı Metropoliteni” sentyabr ayı ərzində daşıdığı sərnişinlərin sayını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayı ərzində “Bakı Metropoliteni” 18 milyon 336 min 117 sərnişin daşıyıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər gün orta hesabla 611 min 204 sərnişin metrodan istifadə edib:

“Yeni tədris mövsümünün başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabr ayının 15-dən Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metropoliten orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49.02 faizini təşkil edib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri