Okt
2022
17:12
16
162
1107
Virtual karabakh

Biləsuvarın Səmədabad kəndi susuz qalıb - FOTO

7 Okt, 2022
17:12
1107

Biləsuvarın Səmədabad kəndi susuz qalıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarın Səmədabad kəndində su problemi sakinlərin narazılığına səbəb olub.

“Report”un yerli bürosuna bu barədə kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kəndin yanından su kanalı keçsə də, sakinlər susuz qalıblar:

“Bu problem uzun illərdir mövcuddur. Kəndimizin bir hissəsi su ilə təmin edilsə də, bir hissəsi ya susuzluqdan əziyyət çəkir, ya da kanala yığılmış qrunt sudan istifadə etməli oluruq. Yeganə su mənbəyimiz köhnə Muğan kanalına gələn sudur. O da yeni beton Muğan su kanalı istifadəyə veriləndən kəsilib. Arada su buraxırlar, o da şordur. Nə içməlidir, nə də yuyunmalı, heç mal-qara da kanaldakı suyu içmir”.

Problem ilə bağlı Səmədabad kənd bələdiyyəsindən bildirilib ki, su mənbədən yoxdur:

“Rayonumuza su Araz çayından Muğan kanalı vasitəsilə verilir. Su yeni Cənub Muğan kanalı vasitəsilə rayonun qərb istiqamətindən şərq istiqamətinə doğru hərəkət edir və həm şəhər sakinləri, həm də digər kəndlərin sakinləri sudan mərhələli şəkildə istifadə edirlər. Su bol olanda asanlıqla Səmədabad kəndinin digər istiqamətindəki köhnə kanala da su ötürülür. Hazırda suyun səviyyəsi kəskin azaldığı üçün bunu etmək mümkün deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri