28 
Fev
2015
16:19
138
74
7589
Virtual karabakh

Qafqazın ən böyük məscidinə rəhbər təyin edildi

28 Fev, 2015
16:19
7589

Qafqazın ən böyük məscidinə rəhbər təyin edildi

Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb.

Bakıda yeni istifadəyə verilmiş “Heydər” məscid kompleksinə rəhbər təyin edilib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, məscidin rəhbəri tanınmış ilahiyyatçı alim, Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənlidir. 

Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. 

Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəzi var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri