13 
Sen
2017
12:33
93
33
7540
Virtual karabakh

Bakı Metropoliteni qatarların intervalında dəyişiklik etdi

13 Sen, 2017
12:33
7540

Bakı Metropoliteni qatarların intervalında dəyişiklik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə Bakı metropolitenində də sərnişin axını get-gedə intensivləşir.

 "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb.

Oxu.Az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, əmrə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yenilənmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

Bu müddətdə yalnız “Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov-Ulduz" sahəsində fərqli ola bilər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, “Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur.

Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də, bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.

Yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Məlumat üçün bildiririk ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Qatarların “Bakmil” stansiyasına və əksinə, yeni hərəkət cədvəlləri ilə tanış olmaq üçün metro.gov.az saytının “Sərnişinlər üçün” bölməsində “Bakmil” stansiyasına (depoya) gedən qatarların hərəkət cədvəli”nə sentyabr ayının 18-dən daxil olmaq mümkündür.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri