28 
Okt
2022
10:05
10
27
932
Virtual karabakh

Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimi keçirilib - FOTO

28 Okt, 2022
10:05
932

Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimat mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə, Vəkillər Kollegiyasının və KOBİA-nın təşkilati dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası tərəfindən nəşr olunub. Kitab 10-dan çox dilə tərcümə edilib. Yaxın zamanda isə kitab Azərbaycan dilinə çevrilərək nəşr olunub. Həmin vəsaiti Azərbaycan dilində Vəkillər Kollegiyasının üzvləri, beynəlxalq arbitraj sahəsində ixtisaslaşmış hüquqşünaslar Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən hazırlanıb.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən etibarən “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 10.06.1958-ci il tarixli Nyu-York Konvensiyasına tərəfdir.

PhotoStock.az sözügedən tədbirdən fotoreportaj hazırlayıb.

Daha çox şəkil burada: Photostock.az

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri