28 
Okt
2022
12:33
93
30
6308
Virtual karabakh

Şənbə gününün hava proqnozu AÇIQLANDI - VİDEO

28 Okt, 2022
12:33
6308

Şənbə gününün hava proqnozu AÇIQLANDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, səhər saatlarında duman olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 14-16, Bakıda gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri