31 
Okt
2022
19:22
119
30
2100
Virtual karabakh

Bakı Zooloji Parkında ilk gecə turu keçirildi - FOTO

31 Okt, 2022
19:22
2100

Bakı Zooloji Parkında ilk gecə turu keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Zooloji Parkında 29 oktyabr tarixində ilk dəfə gecə turu təşkil olunub.

Oxu.Az xəbər verir ki, iki saat davam edən tura 200-dən çox iştirakçı qoşulub. Ziyarətçilər tur zamanı Zooloji Park sakinlərini  gecə saatlarında müşahidə ediblər.

Turun məqsədi heyvanların gecə həyat tərzi ilə tanışlıq olub. Tədbirə qatılanlar günəş batandan sonra heyvanlar aləmində nələrin baş verdiyini izləyib, gecə aktiv olan fauna növlərini daha yaxından seyr etmə şansı əldə ediblər. Tur zamanı qonaqlar Bakı Zooloji Parkının könüllüləri tərəfindən istiqamətləndirilib, ərazini istəklərinə uyğun olaraq həm piyada gəzib, həm də elektrikli avtomobil ilə səyahət edə biliblər. O cümlədən, tura qatılanlara bələdçi tərəfindən heyvanlar haqqında məlumatlar da verilib.

İştirakçılar elektrikli avtomobil ilə səyahət edərkən manqust, şir, bəbir, porsuq, yenot, su samuru, zebra, ayı, canavar, yaquarı daha yaxından seyr edib, piyada gəzinti zamanı isə pavian qamadril, yırtıcı quşlar, xallı maral, pələng, tur, muflon kimi bir sıra heyvanlar ilə tanış olublar. İnsanlar yalnız gecə vaxtı heyvanların hökmdarlığını, cəlbedici və vahiməli baxışlarını görə bilərlər. Məhz gecə turunda ziyarətçilər bu görünüşləri özündə əks etdirən foto şəkil və videoları əldə edə biliblər.

Qeyd edək ki, belə turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

7 oktyabr 2021 tarixində yenidənqurma işlərindən sonra qapılarını ziyarətçilərə açan Bakı Zooloji Parkında çoxsaylı tədbirlər keçirilməyə başlanılıb. Tədbirlərin əsas məqsədi maraqlı və əyləncəli zaman keçirməklə ziyarətçiləri təbiət haqqında maarifləndirmə, onlarda canlı aləmə,  xüsusən də Azərbaycanın nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinə sevgi və qayğı hissini formalaşdırmaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri