Noy
2022
22:17
73
252
4183
Virtual karabakh

Göyçay – Ucar yolundakı qəzada xəsarət alanların kimlikləri bəlli oldu – YENİLƏNİB + FOTO

1 Noy, 2022
22:17
4183

Göyçay – Ucar yolundakı qəzada xəsarət alanların kimlikləri bəlli oldu – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay – Ucar yolunda qəzaya düşən avtomobildə xəsarət alan şəxslərin kimlikləri bəlli olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Göyçay rayonu Xəlitli kəndi ərazisində VAZ markalı avtomobilin sürücüsü, Göyçay regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Mahmud Süleymanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq qaz borusuna və ağaca çırpılıb.

Nəticədə avtomobildə sərnişin qismində olan həmin şöbənin iki mülki əməkdaşı, Elvin Bəkirov və Seyran Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

19:14

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi bas verib.

Oxu.Az xəbər verir ki, hadisə Göyçay – Ucar magistral yolunun 8-ci km-də, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkətdə olan VAZ markalı sərnişin avtomobili yoldan çıxaraq qaz xəttinə dəyib.

Nəticədə maşında olan sürücü və iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Göyçay Mərkəzi Xəstəxanasina çatdırılıb.

Hadisə nəticəsində qaz xətti də zərər görüb.

Maşında olan şəxslərin mühafizə xidmətinin mülki əməkdaşları olduğu bildirilir. Onlar xidmət üçün Ucar rayonuna gedirlərmiş.

Hazırda fakt araşdırılır.

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri