Noy
2022
21:22
91
246
6345
Virtual karabakh

Bakıda 1500 manatlıq cərimədən yayınmaq istəyən şəxsin avtomobili saxlama meydançasındadır - YENİLƏNİB+VİDEO

3 Noy, 2022
21:22
6345

Bakıda 1500 manatlıq cərimədən yayınmaq istəyən şəxsin avtomobili saxlama meydançasındadır - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həmin şəxslə bağlı qanuni tədbir görülüb, avtomobili saxlama meydançasına yerləşdirilib”.

Bu sözləri Oxu.Az-a avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edən sürücü ilə bağlı açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, həmin şəxs barədə qanuni tədbirlər görülüb.

“Bununla yanaşı bildirmək istəyirəm ki, belə hərəkətləri edən şəxslər unutmasınlar ki, etdikləri qayda pozuntusu olmaqla yanaşı, digər vətəndaşların da hüquqlarına, haqlarına müdaxilə etmək kimi qiymətləndirilir. Cəmiyyətdən bu cür şəxsləri ictimai qınaq obyektinə çevirməyi, bu tip hərəkətləri başqa sürücülərdə görən vətəndaşlardan polisə məlumat verməklərini də xahiş edirik. ” – deyə, polis mayoru qeyd edib.

Araz Əsgərli həm də sürücünün etdiyi hərəkətə görə əziyyət çəkən şəxslərin müəyyən edildiyini və protokollarının ləğv olunacağını da qeyd edib.

Qeyd edək ki, sürücünün 1500 manat ödənilməmiş cəriməsi var və sürücü İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən cərimələnəcək.

17:08

Azərbaycanda sürücü avtomobilinin dövlət nömrə nişanına müdaxilə edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

İddia edilir ki, “NAZ Lifan” markalı 01-BS-449 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrəsinə edilən kənar müdaxilə səbəbindən avtomobilin nömrəsi 01-BS-448 kimi görüntülənir. Qayda pozuntuları zamanı cərimələr isə yanlış nəqliyyat vasitəsinə yönləndirilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilən qayda pozuntularına görə barəsində tərtib edilmiş elektron protokollar həmin sürücünün adına rəsmiləşdirilib:

“Yəni 01-BS-448 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün adına heç bir elektron protokol tərtib edilməyib. Əlbəttə ki, sürücünün etdiyi bu hərəkət qanun pozuntusudur və həmin sürücü barəsində buna görə əlavə tənbeh tədbiri görüləcək. Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, belə qanun pozuntularına yol verməsinlər, əks təqdirdə barələrində ciddi tənbeh tədbirləri görüləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri