Noy
2022
15:24
26
691
7542
Virtual karabakh

Şiş “Toppuş bacı”nın başına yayılıb: Aktrisa evini satışa çıxardı

5 Noy, 2022
15:24
7542

Şiş “Toppuş bacı”nın başına yayılıb: Aktrisa evini satışa çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın (“Toppuş bacı”) vəziyyəti ağırlaşıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O bildirib ki, şiş artıq onun beyninə yayılıb:

“Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu beş ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb”.

Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var:

“Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxarıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri