10 
Noy
2022
11:07
61
12
826
Virtual karabakh

Səhiyyə Nazirliyinin mütəxəssisi beynəlxalq konfransın panel müzakirəsində iştirak edib - FOTO

10 Noy, 2022
11:07
826

Səhiyyə Nazirliyinin mütəxəssisi beynəlxalq konfransın panel müzakirəsində iştirak edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9-10 noyabr tarixlərində Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində “Hər bir uşağın optimal inkişafı üçün erkən uşaqlıq müdaxiləsi” adlı konfrans təşkil edilib.

Tədbirdə Xorvatiya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Portuqaliya və digər ölkələrin nümayəndə heyətləri iştirak edirlər. Ölkəmizi beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Erkən uşaqlıq dövrü inkişafı üzrə mütəxəssisi Yelena İsrafilova və TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva təmsil edirlər. Nazirliyin mütəxəssisi beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.

Tədbirin əsas məqsədi Avropa və Orta Asiya regionunda uşaqlarda erkən inkişafın müdaxiləsinin monitorinqi, çətinlikləri və əsas problemlərin həlli yollarının müzakirəsidir. Eyni zamanda, erkən uşaqlıq inkişafı üzrə Milli Proqramın hazırlanması və bununla bağlı yol xəritəsini tərtib etməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri