Mar
2015
12:54
27
179
2481
Virtual karabakh

Azərbaycan Qırğızıstana beş yanğınsöndürən maşın hədiyyə etdi

6 Mar, 2015
12:54
2481

Azərbaycan Qırğızıstana beş yanğınsöndürən maşın hədiyyə etdi

“Qalan beş maşının çatdırılması may ayına planlaşdırılıb”.

Mart ayının 6-da Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi nəzdində fəaliyyət göstərən yanğına qarşı Dövlət Xidməti Agentliyində Azərbaycan hökuməti tərəfindən təmənnasız olaraq regionla yanğın xidmətlərinə 5 ədəd yanğın-xilasetmə texnikasının rəsmi təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib.  

Fövqəladə hallar naziri Kubatbey Boronov Azərbaycan tərəfinə təqdim edilən hədiyyə üçün qırğız xalqı adından təşəkkür edib.

Oxu.Az bu barədə Akipress-ə istinadən xəbər verir.

“Azərbaycan hakimiyyəti tərəfindən təqdim edilmiş bu maşınlar, Azərbaycan-Qırğızıstan arasında ikitərəfli əməkaşlığa dair danışıqlar çərçivəsində 10 ədəd maşın qismində texniki yardımın göstərilməsinə dair əldə edilmiş müqaviləyə əsasən çatdırılıb. Müqaviləyə müvafiq olaraq 5 maşın çatdırılıb. Qalan 5 maşının çatdırılması may ayına planlaşdırılıb”, - nazir bildirib.

Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov öz növbəsində ölkələr arasında gələcək ikitərəfli əməkdaşlığa ümid etdiyini bildirib.

“Qırğızıstana təqdim edilən bu hədiyyə qardaşın qardaşa hədiyyəsidir”, - səfir qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri