15 
Noy
2022
15:32
323
21
2628
Virtual karabakh

Bakıda avtobuslarda cibgirliklə məşğul olan qardaşlar tutulublar - FOTO/VİDEO

15 Noy, 2022
15:32
2628

Bakıda avtobuslarda cibgirliklə məşğul olan qardaşlar tutulublar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan üç qardaş tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında altı nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş üç qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri