15 
Noy
2022
16:50
246
22
1773
Virtual karabakh

Bakı sakini Qubada altı kiloqram narkotiklə saxlanıldı

15 Noy, 2022
16:50
1773

Bakı sakini Qubada altı kiloqram narkotiklə saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.

Həmin şəxsin üzərinə  baxış keçirilən zaman beş kiloqrama yaxın narkotik vasitə olan marixuana və bir kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri