16 
Noy
2022
11:30
99
35
3317
Virtual karabakh

Tanışını öldürüb, hissələrə ayıraraq basdıran şəxslə bağlı QƏRAR

16 Noy, 2022
11:30
3317

Tanışını öldürüb, hissələrə ayıraraq basdıran şəxslə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə rəsmi sənədləri saxtalaşdırmaqda, dələduzluqda və tamah məqsədilə qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 35 yaşlı Fuad Mustafayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi 2016-cı ildə Sabunçu rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 55 yaşlı Əli Rəsulovun itkin düşməsi ilə bağlı araşdırmalar aparılarkən onun öldürüldüyü, eləcə də mənzilinin dələduzluq yolu ilə ələ keçirildiyi üzə çıxıb.

İstintaq müəyyən edib ki, Fuad Mustafayev Xırdalan şəhəri, Quşçuluq massivində, özünə məxsus mənzildə ailəsindən ayrı və tək yaşayan Əli Rəsulovu öldürüb mülkiyyətini ələ keçirmək qərarına gəlib. Bu məqsədlə onu 2016-cı ilin sentyabrında istirahət etmək adı ilə Pirşağı qəsəbəsindəki bağ evinə dəvət edib. Tiryəkin təsirindən qonağının sərxoş olduğunu, qurduğu planı həyata keçirmək üçün əlverişli şərait yarandığını görən Fuad vaxtı itirməyib. O, Ə.Rəsulovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl zərbələr endirib. Onun öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sellofana bükərək həyətdə basdırıb.

İcarəyə götürdüyü bağ evini təhvil verməli olan Fuad Mustafayev meyitin aşkar ediləcəyindən qorxuya düşüb. Ona görə də bağı təhvil verməmiş cinayətin izlərini silmək qərarına gəlib. 2017-ci ilin aprel-may aylarında yenidən bağa gələn Fuad Mustafayev meyiti basdırdığı yerdən qazıb çıxarıb, cəsədi hissələrə ayırıb torbalara yığaraq yaxınlıqdakı boş sahədə basdırıb. Bundan sonra mərhumun vaxtilə tək yaşadığı evdəki məişət əşyalarını alqı-satqı elanları vasitəsilə satıb, eləcə də mənzilə aid sənədləri saxtalaşdırmaqla ələ keçirib. Öldürdüyü şəxsə məxsus mənzili özününkü kimi göstərməklə 23 min manata Tural Mirzəliyevə satıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri