16 
Noy
2022
16:40
435
31
5145
Virtual karabakh

Ukraynanın birinci xanımı Qobustan barədə paylaşım etdi - FOTO

16 Noy, 2022
16:40
5145

Ukraynanın birinci xanımı Qobustan barədə paylaşım etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan, Qobustan tarixi-bədii qoruğu. Altı mindən çox qayaüstü rəsmlərin tapıldığı unikal yer. Planetdə incəsənətin yarandığı ilk yerlərdən biri”.

Oxu.Az-ın məlumatına görə, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı “Instagram” səhifəsində etdiyi paylaşımda bildirib.

O, burada Ukrayna dilində audiobələdçinin olmasını xüsusi vurğulayıb.

“Xarici internet saytlarında onlarla variantın mövcud olmasına baxmayaraq, Ukrayna dilini deyil, başqa dil seçmək məcburiyyətində qalmaq... Səfər zamanı muzeyə gedib audiobələdçi istəyəndə, onların  çiyinlərini çəkərək - yalnız rusca deməsi... Düşünürəm ki, çoxlarımıza bu hiss tanışdır... Ancaq yaxşı xəbərim var: artıq 32 ölkədə 50 ukraynadilli audiobələdçi peyda olub”, - deyə o, əlavə edib.

Sonda o, bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusən də bunu  mümkün edən dövlətlərə və Ukraynanın bu ölkələrdəki səfirliklərinə təşəkkür edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri