18 
Noy
2022
23:13
69
360
7580
yuxarı
İlanları qoynunda bəsləyən Mirhəsən kişi - VİDEO
18 Noy, 2022
23:13
7580
69
360
İlanları qoynunda bəsləyən Mirhəsən kişi - VİDEO
Qafqaz gürzəsi, Qırmızıqarın təlxə, Qərb yatağanı və Səhra kələzi.
Mirhəsən kişi bir gününü belə ilanlarsız təsəvvür etmir. Görüntülər Ağdamın Quzanlı qəsəbəsində lentə alınıb.
Nə qədər təhlükəli olsa da, uzun illərdir evində ilan bəsləyən Mirhəsən Abduyev onlara xüsusi qulluq edir.
Onun sözlərinə görə, sayları artdıqca ilanları evdən uzaqlaşdıraraq ən sağlam olanlarını saxlayır.
Ailə üzvlərinin də sürənənlərdən qorxmadığını deyən Mirhəsən Abduyev güman edir ki, bəslədiyi ilanlar bu ocağı heç vaxt tərk etməyəcək. Ondan sonra bu canlılara övladları qulluq edəcək.
Qeyd edək ki, Azərbaycan ərazisində 28 növ ilan var. Bunlardan 16-sı zəhərsiz, 5-i yarızəhərli, 7-si isə zəhərli olaraq təsnif olunur.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək