22 
Noy
2022
16:36
211
5
1436
Virtual karabakh

Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO/VİDEO

22 Noy, 2022
16:36
1436

Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri