24 
Noy
2022
12:12
159
8
1845
Virtual karabakh

Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı

24 Noy, 2022
12:12
1845

Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.

Bundan əlavə, polis əməkdaşları tərəfindən F.Rzayevin və Ş.Əsədlinin ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onların digər bir cinayət əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari ilin oktyabr ayının əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri