25 
Noy
2022
11:00
223
21
2655
Virtual karabakh

Nərmin Əkbərliyə dəstək olaq: Pula görə bir övlad anasız qalmasın - FOTO

25 Noy, 2022
11:00
2655

Nərmin Əkbərliyə dəstək olaq: Pula görə bir övlad anasız qalmasın - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Övladın valideynin korlanan sağlamlığı qarşısında aciz qalması bu həyatda, bəlkə də, ən çətin anlardan biridir. Hazırda bir ananın sağlamlığına qovuşması üçün övladları xalqdan kömək istəyirlər. 

Bu ilin iyun ayından etibarən Fərqanə Əkbərovanın səhhətində müxtəlif problemlər yaranıb. Bir çox həkimlərə müraciət edilsə də, dəqiq diaqnoz qoyula bilməyib. Oktyabrın 28-dən durumu ciddiləşdiyi üçün xəstəxanalara müraciət olunub, müxtəlif müayinələrdən keçirilib. Vəziyyəti ağırlaşdığı üçün Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmək qərarına gəlinib. Həkimlərin yekun rəyinə əsasən, Fərqanə Əkbərovanın ağciyərlərində kaverna aşkarlanıb. Xəstəlik ağır gedişlidir və ciddi fəsadlar yaradır.

Son bir ayı ailəsi xəstəxanalarda keçirib. Xəstəliyin aşkarlanmasına qədər müayinə, xəstəxana xərcləri, dərmanlar da daxil ümumilikdə 13 min manata qədər vəsait xərclənib. Hazırda Bakı Sağlamlıq Mərkəzinə 6 min manata yaxın borc yığılıb, üstəlik, təyin olunan müalicənin fasiləsiz davam etməsi üçün ailəyə maddi dəstək lazımdır. Müalicə üçün bankdan kredit götürülüb, lakin o vəsait də artıq bitib. 

F.Əkbərova gənc və istedadlı jurnalist Nərmin Əkbərlinin anasıdır. Nərmin anasının sağlamlığına qovuşması üçün xeyirxah insanlardan kömək istəyir:

“Müalicə bundan sonra hələ davam etməlidir. Halbuki daha tez düzgün diaqnoz qoyulsa və müalicələr aparılsaydı, bəlkə də, anam bu gün reanimasiyada süni nəfəs aparatında qoşulmazdı. Mən bu qədər maddi-mənəvi çökməzdim. Bu günədək dostlarım mənim adımdan yardım toplayıb, dəstək olublar. İnsan əzizləri ilə sınananda bunu sözlə ifadə edə bilmir. Anam gözümün qarşısında əziyyət çəkir və mənim ona yardım edə bilməməyim məni məhv edir. Allahın rəhmi var axı, mən anamı pula görə niyə itirim? Xahiş edirəm, mənə anamı bu xəstəlikdən xilas etmək üçün yardım edəsiniz”.

Ailənin gündəlik 1 500 manata yaxın xərci çıxır. İlkin hesablamalara görə, bir aylıq müalicə üçün xəstəxana xərcləri və müalicə daxil təxminən 45 min manata yaxın vəsait lazımdır.

Fərqanə Əkbərova övladlarına görə xəstəliyə məğlub olmamaq üçün mübarizəsini davam etdirir, biz də bu mübarizədə onu və Nərmini tək qoymayaq. Birlikdə ananı sağlamlığına qovuşduraq.

Xəstəxanada gündəlik xərclər çox olduğundan ailənin vəsaiti artıq tükənib. Xərclər günbəgün artır və borc çoxalır. Ailəyə dəstək olmaq istəyən şəxslər aşağıda qoyulan bank kartlarına vəsait köçürə bilərlər:

Leobank: 4098 5844 6550 0500
Kapital bank: 4169 7332 2047 8346
Paşa Bank : 4182 4957 0184 7356
Rabitə Bank : 4189 8000 8025 5019

Həmçinin ailə ilə +99451 351 96 91 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

 

 

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri