24 
Noy
2022
17:10
22
190
2495
Virtual karabakh

Ağdamda 5 yaşlı qızı ilə birgə axtarılan qadın ailə qurmaq üçün evdən gedibmiş

24 Noy, 2022
17:10
2495

Ağdamda 5 yaşlı qızı ilə birgə axtarılan qadın ailə qurmaq üçün evdən gedibmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdamda 5 yaşlı övladı ilə birgə itkin düşdüyü bildirilən 25 yaşlı qadın ailə həyatı qurmaq üçün evdən gedib.

Bu barədə APA-ya polis vasitəsilə axtarışa verilən Təhminə Ağayeva özü məlumat verib.

Təhminə Ağayevanın sözlərinə görə, onun evdən getməsindən ailəsi məlumatlıdır:

“İki il əvvəl birinci həyat yoldaşımdan ayrılmışam. 5-6 gün əvvəl isə yeni münasibət qurduğum şəxslə birgə evdən çıxmışam. Atamın, qardaşımın da bundan xəbəri var. Mən itkin deyiləm, hazırda sevdiyim şəxslə birgə xoşbəxt ailə həyatı yaşayıram”.

Qeyd edək ki, Ağdam rayonu, Mirəşelli kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Ağayevanın 5 yaşlı qızı ilə birgə itkin düşməsi barədə polisə məlumat daxil olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri