25 
Noy
2022
21:44
24
464
5229
Virtual karabakh

Azərbaycanda qaz limitini keçməyən abonentlərin sayı AÇIQLANDI

25 Noy, 2022
21:44
5229

Azərbaycanda qaz limitini keçməyən abonentlərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8 faiz abonent qaz sərfiyyatında 1 200 kubmetrlik limiti keçməyib”.

Modern.az xəbər verir ki, bu sözləri “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

“Bu da 1 milyon 441 min abonent deməkdir. Göstərici kifayət qədər normal rəqəmdir və ötən ilin eyni dövrü ilə müqayisədə xeyli miqdarda fərq var”, - deyə E.Vəliyev vurğulayıb.

Şöbə rəisi qeyd edib ki, bu nəticəyə “Azəriqaz”ın qaz kəmərlərinin, xətlərinin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir:

“Azəriqaz” əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına səbəb olan amillərdən biridir”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri