26 
Noy
2022
18:16
14
243
2423
Virtual karabakh

Bakıda avtomobil qarət olundu

26 Noy, 2022
18:16
2423

Bakıda avtomobil qarət olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanın soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Polis əməkdaşları tərəfindən N.Əsgərova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri