28 
Noy
2022
22:45
21
401
10694
Virtual karabakh

Bakıda bacı qardaşını niyə bıçaqladı? - YENİLƏNİB + VİDEO

28 Noy, 2022
22:45
10694

Bakıda bacı qardaşını niyə bıçaqladı? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bacının qardaşını bıçaqlamasının təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Hacınski 21, mənzil 3-də qeydə alınıb.

Mənzil sahibinin ötən gecə saat 02:30 radələrində aralarında yaranmış mübahisə zəminində qardaşını bıçaqladığı iddia olunur.

Paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı, 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Qonşuların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilnən Püstə Məmmədova əvvəlcə mənzilini kirayə verib. Son 3 ildə isə Hacinski 21, mənzil 3 ünvanında bacısı ilə birlikdə qalırmış.

Qonşular Püstə Məmmədovanın ruhi əsəb xəstəliyindən bir müddətdir əziyyət çəkdiyini deyir. Dünən gecə isə Püstə Məmmədova intihara cəhd edib, qardaşı ona mane olmağa çalışıb. Bundan sonra aralarında mübahisə yaranıb.

Qardaşını bıcaqlamqda şübhəli bilən Pustə Məmmədovanın ailəsi isə müsahibə verməkdən imtina etdi.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi başlanılıb və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı süjetdə:

09:12

Bakıda qadın qardaşını bıçaqlayıb.

APA xəbər verir ki, Sabunçu rayon ərazisində Püstə Məmmədova münaqişə zəminində onunla eyni evdə yaşayan qardaşı, 1970-ci il təvəllüdlü Atamoğlan Məmmədovu bıçaqlayıb.

Yaralı 4 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib, qadın saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri