28 
Noy
2022
14:11
269
23
1211
Virtual karabakh

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda olublar - YENİLƏNİB + FOTO

28 Noy, 2022
14:11
1211

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Ağdamda olublar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri – “Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli və yazıçı, tədqiqatçı, jurnalist Maşallah Rəzmi Ağdam şəhərində olublar.

“Report”un Qarabağ bürosunun məlumatına görə, onlara işğal dövründə ermənilərin Ağdamda törətdiyi vəhşiliklər barədə məlumat verilib.

Qonaqlar Pənahəli xanın İmarət Kompleksini, Ağdam Mədəniyyət Evini, Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar burada ermənilərin vandallığına məruz qalmış tarixi abidələr barədə, eləcə də rayonda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.

Güneyli hüquq müdafiəçiləri həmçinin ermənilərin şəhərdəki məzarlıqda törətdikləri vandallıq aktının şahidi olublar.

Qeyd edək ki, Fransada yaşayan azərbaycanlı tədqiqatçılar sabah Şuşa və Füzuli rayonlarında olacaqlar.

12:34

Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçıların (İran azərbaycanlılarının insan hüquqları müdafiəçilərinin) Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, tədqiqatçılar ermənilərin Ağdamda törətdikləri vəhşiliklərlə tanış olacaqlar.

Eləcə də qonaqlar şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri və Ağdam rayonu ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumatlandırılacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri