28 
Noy
2022
18:03
220
42
3510
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ: Texniki baxışdan keçmək 24 saat mümkün olacaq

28 Noy, 2022
18:03
3510

Sürücülərin NƏZƏRİNƏ: Texniki baxışdan keçmək 24 saat mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 25.11.2022-ci il tarixdən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşıması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılmışdır.

Eyni zamanda xidmətin fasiləsiz təşkilinin paytaxt ərazisində tıxacların qarşısının alınmasına da töhfə verəcəyi gözlənilir.   

Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri