28 
Noy
2022
18:35
10
171
3453
Virtual karabakh

Şamaxıda ərinin beş bıçaq zərbəsi vurduğu qadın: “Uşağı yerə qoymağımı desə də, mən qoymadım”

28 Noy, 2022
18:35
3453

Şamaxıda ərinin beş bıçaq zərbəsi vurduğu qadın: “Uşağı yerə qoymağımı desə də, mən qoymadım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin may ayında Şamaxıda arvadını bıçaqlayaraq öldürməyə çalışan şəxsə hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, Qahir Məmmədov (soyad şərtidir) adlı şəxs ailə münaqişəsi zəminində arvadı Təravət Məmmədovaya (soyad şərtidir) beş bıçaq zərbəsi endirərək xəsarət yetirib. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmədə ifadə verən Qahir Məmmədov hadisədə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib:

“Təravətlə 2013-cü ildə valideynlərimin istəyi ilə ailə qurmuşam. Dörd övladımız var. Hadisə baş verən gün mən işdə idim. Təravət zəng edib dedi ki, qardaşımın yoldaşı ilə dalaşıb. Ona əsəbiləşərək dalaşmamasını dedim. Axşam işdən çıxıb atamgilə getdim. Atam dedi ki, qardaşımın arvadı məndən narazılıq edib. Mən də məsələnin nədən ibarət olduğunu dedim. Bildirdim ki, iki gəlin arasında adi bir məsələyə görə söhbət düşüb. Atam məni danlayaraq “sən alçaqsan” dedi. Mən oradan çıxıb əvvəlcə mağazaya girdim. Üç şüşə pivə, bir dənə də bıçaq aldım. Yolda pivələri içdim. Evə çatıb Təravətdən niyə dalaşdıqlarını soruşdum. O da mənim niyə içki qəbul etdiyimi irad tutaraq səsini qaldırdı. Mən də bundan əsəbiləşib bıçağı çıxardım və ona zərbələr endirdim. Daha sonra çox peşman oldum. Təravət pəncərədən çıxaraq qaçdı. Mən təcili yardım çağırdım. Onu öldürmək niyyətim olmayıb. Əgər olsaydı, bunun üçün əlimdə fürsət var idi. Onun ürəyindən, ya da boğazından vura bilərdim. Otaqdan çıxmağa da qoymazdım. Hadisə zamanı bir yaşlı övladım otaqda yatmışdı. O biri uşaqlar isə həyətdə idilər”.

Zərərçəkən Təravət Məmmədova məhkəmədə verdiyi ifadədə bildirib ki, hadisə zamanı bir yaşlı övladı onun qucağında olub:

“Ailə qurduğumuzdan bəri həmişə evdə dava-dalaş olub. Qayınanam və qaynımın arvadı həmişə ev üstündə mənimlə mübahisə ediblər. Hadisə də elə buna görə baş verdi. Qahir evə girəndə onda bıçaq olduğunu gördüm. Mənə uşağı yerə qoymağımı desə də, mən qoymadım. O mənə zərbələr endirəndən sonra yıxıldım. Qahir evdən gedəndən sonra sürünə-sürünə çölə çıxdım. Gözümü xəstəxanada açdım. O məni öldürmək istədiyi üçün dəfələrlə bıçaq zərbəsi endirib”.

Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı bildirib ki, həyat yoldaşından şikayətçi deyil və onlar artıq barışıblar. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qahir Məmmədov CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri