28 
Noy
2022
22:17
110
34
1407
Virtual karabakh

ASAP xaricdə təhsil alan gənclər üçün yeni karyera imkanları yaradır - FOTO

28 Noy, 2022
22:17
1407

ASAP xaricdə təhsil alan gənclər üçün yeni karyera imkanları yaradır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) xaricdə təhsil almış gənclərin iş və karyera imkanlarının yaxşılaşdırılması, xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəyə ixtisaslı kadrlar olaraq qayıtması və yerli iş bazarına inteqrasiyasını təmin etmək məqsədilə bir çox layihələr həyata keçirdir.

Bu layihələrin davamı olaraq  dünyanın 50-dən çox ölkəsində 90-dan çox ofisi ilə fəaliyyət  göstərən  Boston Consulting Group (BCG) beynəlxalq şirkətinin Bakı ofisi ilə ilk dəfə olaraq birgə onlayn tədbir keçirilib.

Müxtəlif xarici ölkələrdə təhsil alan  130-dan çox azərbaycanlı  məzun və tələbə ilə  BCG Bakı ofisinin nümayəndələri görüşüb. Görüşdə BCG Bakı ofisinin rəhbəri və əməkdaşları şirkətin fəaliyyəti, məqsədi, karyera imkanları və iş mədəniyyəti ilə bağlı iştirakçılara məlumat verərək öz təcrübələrini bölüşüblər. Bildirilib ki, BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən şirkətlərlə işləyir və əsas məqsədlərindən biri ölkəmizdə güclü, dinamik yerli kadr bazasının yaradılmasına töhfə verməkdir. Həmçinin qeyd edilib ki, hal-hazırda BCG Bakıdakı komandasına konsaltinq, inzibatçılıq bölmələrinə qatılacaq ixtisaslı kadrların fəal axtarışındadır. 

Sonda şirkətdə olan vakant yerlər, işə qəbul və təcrübə proqramları ilə bağlı  tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, ASAP tərəfindən “Karyera akademiyası”  çərçivəsində xaricdə təhsil alan və təhsilini başa vurmuş gənclərə dəstək məqsədilə gələcəkdə də digər sahələri əhatə edən davamlı və genişmiqyalı layihələrin keçirilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri