29 
Noy
2022
13:39
22
162
3672
Virtual karabakh

Doqquz bıçaq zərbəsi ilə keçmiş arvadını qətlə yetirdi - VİDEO

29 Noy, 2022
13:39
3672

Doqquz bıçaq zərbəsi ilə keçmiş arvadını qətlə yetirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doqquz bıçaq zərbəsi ilə keçmiş arvadını qətlə yetirən Ramil Rəhmanov barədə məhkəmə qərarı verilib. 

Qətl hadisəsi iyunun 7-də Zabrat qəsəbəsində baş verib. İstintaqla müəyyən edilib ki, iyunun 6-da saat 22 radələrində Ramil Rəhmanov keçmiş arvadı Svetlana Məmmədovanın yaşadığı evə gələrək, onunla mübahisə edib. Sonra qonşuları narahat edəcəklərini bəhanə edib, ona mübahisələrini sakit bir yerdə davam etdirməyi təklif edib. Buna görə qadını idarə etdiyi avtomobillə boş torpaq sahəsinə gətirib. Orada üzərindəki bıçaqla üzbəüz dayanan Svetlana Məmmədovaya ardıcıl zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. 

İş üzrə dindirilmiş Ramil Rəhmanov bildirib ki, Zabrat qəsəbəsinin icra nümayəndəliyində işləyən Svetlana Məmmədova ilə 2018-ci ildə tanış olub. Onu dəfələrlə taksi sürücüsü kimi evinə və digər ünvanlara aparıb. Dostluqları tədricən daha da yaxın münasibətə keçib. Onunla müxtəlif hotellərdə görüşüb.

2020-ci ildən etibarən Svetlananın birinci nikahından olan qızı Maya Əsədova ilə birlikdə ailə kimi yaşayıblar. Dekabrda qadınla rəsmi nikah bağlasa da, bir müddətdən sonra ailə münaqişələri səbəbindən Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət ediblər. Rəsmi ayrılmalarına baxmayaraq, Svetlana ilə ər-arvad kimi yaşamaqda davam ediblər. Hər gün işdən qayıdarkən onu dayanacaqda qarşılayıb. İyunun 6-da saat 22 radələrində Svetlananın BMW markalı avtomobilə əyləşdiyini görüb və onun xəyanət etdiyini düşünüb, həmin maşını izləməyə başlayıb. 5-10 dəqiqə təqib etdikdən sonra nəqliyyat vasitəsini gözdən qaçırıb. Bundan sonra Svetlananın yaşadığı ünvana yollanıb və onun hələ evə qayıtmadığını görüb. Zəng etsə də, telefonu sönülü olub. Bir neçə dəfə qadının qızına məxsus nömrəyə zəng edib. Axırıncı dəfə zənginə Svetlana cavab verib. Qadın evdə olduğunu söyləyəndə ona həyətə çıxmasını bildirib. Əyləşdiyi avtomobilin kimə məxsus olduğunu soruşanda Svetlana ona aqressiv şəkildə “bunun sənə dəxli yoxdur” deyib. Dəfələrlə bu sualı versə də, qadın ona eyni qaydada cavab verib.

Onunla bu qaydada danışdığına görə bərk əsəbiləşib. Mübahisələrinin böyüdüyünü və qonşuları narahat etdiklərini görüb, Svetlananı özünün maşınına əyləşdirib, qadını atasından ona qalan boş torpaq sahəsinə aparıb. Orada növbəti dəfə sual verdikdə Svetlana BMW-nin xalası oğlu Aqşinə məxsus olduğunu bildirib. Onun tələbi ilə qadın zəng edib, həmin şəxslə danışıb. Qohumu, həqiqətən, bir müddət əvvəl Svetlananın avtomobilinə oturduğunu təsdiqləyib. Amma Ramil buna inanmayıb. 

Aralarında davam edən mübahisə zamanı bıçaqla birinci zərbəni qadının boyun nahiyəsinə vurub. Zərbədən sonra Svetlana özünü müdafiə etməyə çalışsa da, ona ardıcıl zərbələr vurub. Məhkəmə iclasında Ramil Rəhmanov ittiham üzrə özünü təqsirli bilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Rəhmanov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri