29 
Noy
2022
12:38
91
68
4587
Virtual karabakh

Hərbi qulluqçuların dövlətə vurduğu ziyanlar: Parlament qanun layihəsini qəbul etdi

29 Noy, 2022
12:38
4587

Hərbi qulluqçuların dövlətə vurduğu ziyanlar: Parlament qanun layihəsini qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına əsasən, layihədə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır.

Dəyişikliklər layihəsi müzakirəyə çıxarılaraq lll oxunuşda qəbul olunub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri