29 
Noy
2022
15:34
66
141
4458
Virtual karabakh

Ara məsafəsini düzgün seçmədiyi üçün avtomobili DYP-nin saxladığı “KamAZ”a çırpdı - YENİLƏNİB + FOTO

29 Noy, 2022
15:34
4458

Ara məsafəsini düzgün seçmədiyi üçün avtomobili DYP-nin saxladığı “KamAZ”a çırpdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Göyçayda baş verən qəza ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, hadisə rayonun  Qarabaqqal kəndi ərazisində baş verib. 

Belə ki, İsmayıllı rayon sakini Daşqın Əsgərov idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən ara məsafəsini düzgün seçmədiyi üçün Knyaz Babayevin idarə etdiyi eyni markalı avtomobilə dəyib.

Nəticədə K.Babayevin idarə etdiyi “KamAZ” aşıb. İlkin iddialarda onların qardaş olduğu bildirilsə də, bu fakt təsdiqini tapmayıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

13:48

Göyçay rayonunda iki yük avtomobili toqquşub.

“Unikal” xəbər verir ki, bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində 31-BC-781 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən sürücü qayda pozuntusuna görə ərazidə xidmət aparan DYP əməkdaşının verdiyi “Saxla” əmrinə tabe olaraq nəqliyyat vasitəsini dayandırıb.

Onun arxası ilə sürətlə gələn 50-BH-512 dövlət nömrə nişanlı digər “KamAZ” markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşıdakı yük avtomobilinə çırpılıb. Nəticədə qarşıdakı yük avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Mişar daşı ilə dolu olan nəqliyyat vasitələrinin icarə əsasında iki qardaş tərəfindən idarə olunduğu bildirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri