29 
Noy
2022
18:33
13
278
5643
Virtual karabakh

Goranboyda vəzifəli şəxs adam vurub? - AÇIQLAMA + YENİLƏNİB

29 Noy, 2022
18:33
5643

Goranboyda vəzifəli şəxs adam vurub? - AÇIQLAMA + YENİLƏNİB

Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlunun bir neçə gün öncə sərxoş vəziyyətdə Qaradağlı kənd sakini 2007-ci il təvəllüdlü Hazar Vəliyevi maşınla vurduğuna dair yayılan məlumatlar əsassızdır.

Bu barədə Oxu.Az-a uşağın atası olduğunu bildirən Vəliyev Ehtiram İlham oğlu hadisənin sosial şəbəkələrdə təhrif olunaraq yanlış formada ictimailəşdirildiyini qeyd edib:

“2007-ci il təvəllüdlü Hazar Vəliyev mənim övladımdır. O noyabrın 27-də bibisi ilə Gəncə Şəhər “N” saylı hərbi hissəyə gedərkən Dəliməmmədli şəhər piyada keçidindən enərkən sürüşüb yıxılıb. Bu zaman hər iki ayağından zərbə alıb. Əgər bu hadisə üzərindən kimsə reytinq qazanmaq üçün sosial şəbəkələrdə məlumat yayırsa, xahiş edirəm yazmasınlar. Bir insanı bu qədər alçaltmaq olmaz. Mənim övladıma dəstək olaraq xəstəxanaya çatdıran şəxsə bu qədər qara yaxmaq olmaz. Xahiş edirəm bu hərəkətlərə son versinlər. Bu hadisədən reytinq qazanmağa çalışan hər kəsə tək sözüm budur ki, yalan yanlış yazan hər kəsin başına gəlsin”.

13:18

Goranboyda sərxoş sürücünün piyadanı vurduğu iddia edilir. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin Dəliməmmədli şəhərinin girişində baş verdiyi qeyd edilib.

Belə ki, iddia edilir ki, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu bir neçə gün öncə sərxoş vəziyyətdə rayonun Qaradağlı kənd sakinini maşınla vurub. Hadisə zamanı piyada hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır. 

Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabr ayının 27-də Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub:

“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri